Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə qarşılaşıb.
Siyasət Əsgərovun yetirmələri 4 aylıq fasilədən sonra “ASK Arena”da meydana çıxıblar. Oyun komandamız üçün biabırçı nəticə ilə yekunlaşıb. İlk hissədə 6 qol vuran rəqib ikinci 45 dəqiqədə daha 7 qol vuraraq, 13:0 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yenə də xal qazanmaq arzusunu ən azı növbəti turadək gözləyəcək.
Sputnik Azərbaycan Azərbaycan və İspaniyanın qadınlardan ibarət yığmalarının bugünkü oyunundan çəkilmiş rəngli görüntüləri təqdim edir.