Nazirlikdən vətəndaşlara müraciət

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, daha bir nazirlik vətəndaşların fiziki olaraq qrup və fərdi qəbullarını təxirə salıb.
Sputnik

BAKI, 18 fevral — Sputnik. "Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) bir sıra əlavə zəruri tədbirlər həyata keçirilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlikdən daxil olan məlumatda bildirilir. "Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, NRYTN-də vətəndaşların fiziki olaraq qrup və fərdi qəbulları təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu elektron poçt ünvanı: mincom@mincom.gov.az və telefon nömrəsi +99412 5983818 (məsul şəxslər Rauf Rzayev və Rəna Hacıyeva, İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin əməkdaşları) vasitəsilə həyata keçiriləcək", - deyə müraciətdə qeyd olunub.