Yardımlı rayonunun Sırıq kəndinə yaşayan 8-ci sinif şagirdi Səməd İskəndərli çəkdiyi portretlər ilə sosial şəbəkələrdə populyarlığa nail olub. O, rəssamlığa həvəsi yaranandan öz üzərində sərbəst işləyib. Əl işlərini sosial şəbəkə hesabından paylaşan gənc rəssamın hər ötən gün püxtələşdiyi göz önündədir. Səməd İskəndərli inadcıl və daimi çalışqanlığının bəhrəsini də görüb: artıq rəsmlərindən pul da qazana bilir.
İstedadlı yeniyetmə çəkdiyi rəsmlərinin gələcəkdə bədii qalereyalarda sərgilənməyini arzulayır.