BAKI, 18 fevral — Sputnik. Beynəlxalq informasiya agentliyi və Sputnik radiosu SputnikPro maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, fevral ayının 19-u, Bakı vaxtı ilə saat 14:00-da "COVID haqqında necə yazmalı, xəbər məcrası, səhvlər, mövzular" adlı vebinar baş tutacaq.
Vebinarın spikeri "Rossiya Seqodnya" media qrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisi, köşə yazarı Oleq Dmitriyevdir.
Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur. 2001-ci ildən 2007-ci ilədək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. "Voice of Russia" radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" media qrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbəri vəzifəsini icra edib.
Vebinarda Oleq Dmitriyev "Pandemiya ilə bağlı xəbərləri necə işıqlandırmaq lazımdır ki, oxucular üçün yalnız maraqlı deyil, həm də faydalı olsun?" sualının cavabına aydınlıq gətirəcək. Eyni zamanda, COVID-19-la bağlı mövzuları işıqlandıran zaman jurnalistlərin yol verə biləcəyi səhvlərə də toxunulacaq. Bundan başqa, pandemiya ilə bağlı hekayələrin yalnız qələmə alınmasının deyil, həm də onları vizuallaşdırmağın yolları izah olunacaq.
Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform
SputnikPro – beynəlxalq xəbər agentliyi və Sputnik radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib. Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür: https://www.facebook.com/SputnikProject/