İQTİSADİYYAT

Azərbaycanda yumurta istehsalı azalıb

Yanvar ayında quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 43,1 min ton ət, 157 min ton süd, 152,9 mln. ədəd yumurta istehsal edilib.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,5% artıb, yumurta istehsalı isə 4,6% azalıb.

Yanvar ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,8 faiz artıb.