İbrahim Tatlısəsə təzminat davası açdılar

Şirin Nisan Dengiz, İstanbul Fikri və Sinai Haqlar Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək "İbrahim Tatlısəs və İdobay Müzik əsərin mirasçısına xəbər etmədən əsəri icazəsiz istifadə edib.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Tanınmış Türk şairi və yazıçı Necdet Rüştü Efe'nin qızı Şirin Nisan Dengiz, atasının "Batan Gün Kana Benziyor" parçasının İbrahim Tatlısəs tərəfindən "Yağmurla Gelen Kadın" albomunda icazəsiz istifadə edilməsi iddiası ilə çıxış edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Şirin Nisan Dengiz, Tatlısesə 21 min TL-lik təzminat davası açıb.

Şirin Nisan Dengiz, İstanbul Fikri və Sinai Haqlar Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək "İbrahim Tatlısəs və İdobay Müzik əsərin mirasçısına xəbər etmədən əsəri icazəsiz istifadə edib. Əsər Tatlısəs və İdobay Müzik tərəfindən "YouTube"da icazəsiz olaraq istifadə edilməyə davam edir" deyib.