BAKI, 17 fevral — Sputnik. Rusiyanın populyar "45-я параллель" ("45-ci paralel") elektron ədəbiyyat almanaxı "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli şairlərinə yer ayırıb. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən almanax Xalq şairi Bəxtiyar Vahabzadənin və Süleyman Rüstəmin şeirlərinə, yaradıcılıqları haqqında məlumata səhifə ayırıb.
Qeyd edək ki, daim yenilənən ədəbiyyat almanaxı mütəmadi olaraq öz səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.