RUSİYA

Moskva ilə növbəti zəngləşmə: Lavrovla Bayramov nədən danışıblar

Nazirlər 11 yanvar 2011-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutan görüşü zamanı əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nazirlər 11 yanvar 2011-ci ildə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutan görüşü zamanı əldə olunan razılaşmaların reallaşdırılmasını, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən yayılan məlumatda isə qeyd olunur ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.