CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gecə yağan qar Gəncəni ağ örpəyə bürüdü

“Qarın qalınlığı 2-3 sm çatır, şəhərin bəzi ünvanlarında elektrik enerjisi verilişində fasilələr yaranıb.”
Sputnik

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 fevral - Sputnik. Fevral ayının ilk günlərindən hava şəraiti mülayim keçsə də, bu gündən etibarən ölkə ərazisində hava kəskin dəyişib. Səhər saatlarından etibarən ucqar dağ kəndlərinə qar yağıb.

Gecə yağan qar Gəncəni ağ örpəyə bürüdü

Sputnik Azərbaycan xəbər verir ki, günün ikinci yarasından etibarən Gəncə şəhərinə yağış, axşam saatlarından isə qar yağmağa başlayıb. Hazırda şəhər ərazisində qarın qalınlığı 2-3 sm-ə çatır.

Gecə yağan qar Gəncəni ağ örpəyə bürüdü

Ölkənin ikinci böyük şəhərində küləklə müşahidə edilən qar, bəzi problemlərə də yol açıb. Gəncədə bir neçə ünvanda elektirik enerjisi, internet verilişində fasilələr yaranıb.

Qeyd edək ki, Gəncəyə son illər güclü qar yağması müşahidə edilmir. Sonuncu dəfə təxminən 5 il öncə bu şəhər sakinləri qar görüb.