CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bir ailədə ikidən artıq uşaq böyük problemdir" – Misir prezidenti

Prezident qeyd edib ki, 103,5 milyon olduğu təxmin edilən Misir əhalisi sürətlə artır. O vurğulayıb ki, Misir üçün optimal illik artım 400 min nəfərdir.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Bir ailədə ikidən artıq uşaq böyük problemdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədəki tibb mərkəzlərindən birində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 103,5 milyon olduğu təxmin edilən Misir əhalisi sürətlə artır. O vurğulayıb ki, Misir üçün optimal illik artım 400 min nəfərdir.

Misir prezidenti vurğulayıb ki, hazırda ölkədə əhalinin artımı ilə mübarizə üzrə proqram üzərində işlənilir: "Biz bu problemi sərt qərarların qəbulu ilə tənzimləmək istəmirik. Bütün məsələləri bu yolla həll etmək olmaz".