SƏHİYYƏ

Azərbaycandakı əcnəbiləri necə peyvənd edəcəklər - TƏBİB açıqladı

TƏBİB-dən verilən məlumata görə, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.
Sputnik

BAKI, 17 fevral — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə peyvənd olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.

Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumata görə, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya aparılır. Ölkəmizdə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVac" peyvəndindən istifadə olunur. Peyvəndləmə dövlət hesabına könüllü həyata keçirilir.