İQTİSADİYYAT

Şəhərsalma sənədlərinə uyğunluğa dair tələb daha üç il təxirə düşdü

Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
Sputnik

BAKI, 16 fevral — Sputnik. Tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 3 ildən sonra qüvvəyə minəcək.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanundan irəli gəlir.

"Tikinti mafiyası"na paytaxtı bərbad günə qoymaq üçün hüdudsuz imkanları kim yaradıb?

Sözügedən tələb Tikinti və Şəhərsalma Məcəlləsinin qüvvəyə mindiyi gündən 8 il sonra işlək olmalı idi. Layihəyə əsasən isə bu müddət 3 il artırılaraq 11 il olub. Beləliklə, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü ildə qüvvəyə minəcək.

Məcəlləyə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:

  -  layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;

- tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.