HADİSƏ

Bu xına o xınadan deyil - bir barmaq batırmaq 200 manatdır

Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə edilib
Sputnik

BAKI, 16 fevral — Sputnik. Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman “Tomris” kafesində sanitar-karantin rejiminin tələblərini pozaraq çoxsaylı qonaqların iştirakı ilə gizli şəkildə “xınayaxdı” mərasimi təşkil edildiyi müəyyən edilib.

Polislər tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb. Məclisin təşkilatçısı və iştirakçılar barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.