CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ə sual verdilər - Nə zaman bitər?

"Hələ ki kifayət qədər kollektiv immunitet formalaşmayıb. Əgər ehtiyatlı olmasaq, koronavirus pandemiyasının üçüncü dalğasını da görəcəyik"
Sputnik

BAKI, 16 fevral - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç COVID-19 pandemiyasının nə zaman bitəcəyi barədə suala cavab verməkdə çətinlik çəkib. 

Rusiya koronavirusun "Britaniya" ştammını aşkarlayan testi qeydiyyatdan keçirdi

"Bir neçə amil olacaq. Bunlardan biri dünyanın bütün regionlarında xəstələnənlərin sayının eyni zamanda epidemioloji həddən aşağı düşməsi olacaq. Amma işin əsli - səhiyyə sisteminə bu qədər ağırlıq düşmədiyi vaxtda pandemiyanın da sonu gələcək. Bunun nə zaman olacağını isə demək çətindir", - Vuynoviç "Rossiya-1"in efirində deyib.

Vuynoviç eyni zamanda üçüncü dalğanın olacağını istisna etməyib: "İkinci dalğa. Bəli, indi bütün dünya üzrə onun səngiməsi müşahidə olunur. Ancaq hələ ki kifayət qədər kollektiv immunitet formalaşmayıb. Əgər ehtiyatlı olmasaq, koronavirus pandemiyasının üçüncü dalğasını da görəcəyik".