CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On altı milyonluq qalmaqal niyə səngimir? Nazirlik mat qalıb

"Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur" - Cəsarət Valehov
Sputnik

BAKI, 16 fevral — Sputnik. "Bir sıra sosial media istifadəçiləri, təəssüflər olsun ki, 2020-ci ildə Təhsil Nazirliyinə alınan mebel avadanlıqlarının məbləği ilə bağlı həqiqətə uğyun olmayan böhtan xarakterli məlumatlar səsləndirirlər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bununla bağlı vaxtilə sosial mediada yer alan yanlış sualları cavablandırıblar: "Eyni zamanda bu yalan məlumatlar hələ də tirajlanır. Cəmiyyətdə bu tip yalan məlumatların qəsdən yayılması və ictimai diqqətin yanlış istiqamətə yönəldilməsi təəssüf doğurur. Bir daha xatırlatmaq istərdik ki, 2020-ci ildə Təhsil Nazirliyinin aparatının mebel alışı 161 109.04 (yüz altmış bir min yüz doqquz manat dörd qəpik) təşkil edib".