MƏDƏNİYYƏT

"Salsa ölüləri dirildir" deyən musiqiçi sətəlcəmdən dünyasını dəyişdi - VİDEO

Conni Paçeko Dominikan musiqisində salsa janrının yaradıcısı kimi tanınır. Salsa janrının həyat tərzi və yaşama səbəbi olduğunu deyən musiqiçi 1935-ci ildə Dominikan Respublikasında doğulmuşdu
Sputnik

BAKI, 16 fevral — Sputnik. Dünya şöhrətli məşhur musiqiçi və bəstəkar Conni Paçeko vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 85 yaşlı musiqiçi pnevmoniyadan dünyasını dəyişib.

Qeyd edək ki, Conni Paçeko Dominikan musiqisində salsa janrının yaradıcısı kimi tanınır. Salsa janrının həyat tərzi və yaşama səbəbi olduğunu deyən musiqiçi 1935-ci ildə Dominikan Respublikasında doğulmuşdu.

11 yaşında ailəsi ilə birlikdə ABŞ-a köçən Conni Paçeko: "Salsa qulaq asmaq üçün deyil. Bu musiqini dinləyəndə rəqs etmək lazımdır. Çünki salsa rəqsi ölüləri belə dirildir", - deyirdi.

Əlavə edək ki, Paçeko 9 dəfə "Grammy" mükafatına namizəd olub və 2005-ci ildə "Latin Grammy Lifetime Achievement Award" mükafatına layiq görülüb.