QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənd rayonunun Hünərli kəndindən videogörüntülər

Azərbaycan Müdafiə Nazirliyi erməni işğalından azad edilmiş Xocavənd rayonunun Hünərli kəndindən reportaj hazırlayıb.
Sputnik

 

BAKI, 16 fevral — Sputnik. Xocavənd rayonunun Hünərli kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan MÜdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.

Hünərlinin qədim adı Zakuri kimidir. 1828-ci ildə ermənilər Qarabağa köçürüldükdən sonra Tsakuri, 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılıb. XIX əsrə aid rus mənbələrində Zakurli variantında qeydə alınıb. Oykonimin Zakirli tirəsinin adi ilə bağlıliği güman edilir. 

Kənd Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal olunub. 2020-ci il noyabrın 7-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri kəndi erməni işğaldan xilas edib. 2020-ci il noyabrın 20-də adı dəyişdirilərək Hünərli olub.