MƏDƏNİYYƏT

Castin Biberin fantastik görünüşlü maşını heyrət doğurdu

Avtomobil hərəkət edərkən sözügedən manipulyasiya sayəsində, yerə toxunmaz hal alır. Lakin bu sadəcə illüziyadır.
Sputnik

BAKI, 16 fevral — Sputnik. Məşhur pop-ifaçı Castin Biber fantastik görünüşlü avtomobil əldə edib. Sputnik Azərbaycan xarici mənbələrə istinadən xəbər verir ki, "Rolls Royce" markalı avtomobilin kupesi "Rolls-Royce Wraith" üslubunda hazırlanıb və təkərlər panelin altında gizlədilib. Avtomobil hərəkət edərkən sözügedən manipulyasiya sayəsində yerə toxunmaz hal alır. Lakin bu sadəcə illüziyadır.

"Periodismo Del Motor" nəşri isə "West Coast Customs"un adi model deyil, tam bir sərgi eksponatı yaradaraq, klassikanı elektromobilə qədər mükəməlləşdirməsi barədə yazıb.

Qeyd edək ki, C.Biberin əldə etdiyi fantastik avtomobilin qiyməti 350 min avro dəyərindədir.