VİDEO

ABŞ yanıldı: Novak bəyan edib ki, "Şimal axını-2", demək olar, hazırdır

Amerikalılar yanılıblar. Vaşinqtonun sanksiya və təzyiqlərinə baxmayaraq, "Şimal Axını-2" təbii qaz kəmərinin 95%-dən çox hissəsinin inşası yekunlaşıb.
Sputnik

Layihə hazırlığına dair bu qiymətləndirməni Rusiya Baş nazirinin müavini Aleksandr Novak verib. Baş nazirin müavininin sözlərinə görə, təbii qaz kəməri layihəsi istənilən halda həyata keçiriləcək, çünki iştirakçılar bunda maraqlıdır.

"Şimal axını-2" – Rusiyadan Almaniyaya Baltik dənizindən keçməklə iki qaz kəməri xəttinin çəkilməsini nəzərdə tutur. Bu xətlərin ümumi gücünün illik 55 milyard kubmetrə bərabər olacağı təxmin edilir. Layihədə Rusiyanın "Qazprom" şirkəti ilə yanaşı, bir sıra Avropa şirkətləri də iştirak edir. ABŞ fəal şəkildə "Şimal axını-2"-yə qarşı çıxır.

Novakın fikrincə, Vaşinqton niyə təbii qaz kəmərinin tikintisinə əngəl olmaq istəyir – sualın cavabı videomuzda.