HADİSƏ

"20 Yanvar" dairəsində sıxlıq yaranıb

Qara Qarayev prospekti - "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.
Sputnik

BAKI, 16 fevral — Sputnik. Səhər saatlarından hazırki vaxtadək Ziya Bünyadov prospekti "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sıxlıq səbəbindən Qara Qarayev prospekti - "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.