İQTİSADİYYAT

Neft yenə ümidləndirir

"Azeri Light" neftinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olub
Sputnik

BAKI, 15 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 1,20 dollar artaraq 63,63 dollar, Nyu-Yorkun NYMEX birjasında "Light" markalı neftin qiyməti isə 1,38 dollar bahalaşaraq 60,85 dollar olub.

Ötən həftə "Azeri Light" markalı neftin orta qiyməti 62,02 dollara bərabər olub.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olub.