BAKI, 15 fevral — Sputnik. Avropa İttifaqı davamlı şəkildə Rusiya ilə münasibətləri pozur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov finlandiyalı həmkarı Pekko Haavisto ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlər formatı nadir baş tutan görüşlərdən ibarətdir və bu görüşlər zamanı hər şeydən əvvəl Brüsselin maraqlarına toxunulur.
Lavrov qeyd edib ki, Moskva normal münasibətlərə qayıtmağa hazırdır, lakin bunun üçün avropalı tərəfdaşlar Rusiyanın da marağını nəzərə almalıdırlar.
"Qarşılıqlı maraq doğuran istənilən məsələni nəzərdən keçirməyə hazırıq. Lakin zaman-zaman baş tutan görüşlər münasibətlər anlamına gəlmir", - deyə rusiyalı nazir qeyd edib.