İQTİSADİYYAT

İqtisadiyyat naziri Dördüncü Sənaye İnqilabı ilə bağlı açıqlama verib

"Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq".
Sputnik

BAKI, 15 fevral — Sputnik. "Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq", - o qeyd edib.