CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ün Bakıdakı nümayəndəsi peyvənd olundu

Bu günədək Azərbaycanda Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksinindən istifadə olunub.
Sputnik

BAKI, 15 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı koronavirusa qarşı peyvənd olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, H.Harmancıya vaksin bu gün vurulub.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Bu günədək Azərbaycanda Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksinindən istifadə olunub.