Ağdamın Xaçındərbətli kəndindən görüntülər - VİDEO

Ağdam rayonu 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad olunub
Sputnik

BAKI, 15 fevral — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Xaçındərbətli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan-a həmin görüntüləri təqdim edir:

Mənbələrə görə, Yuxarı Qarabağda məskunlaşmış monqol mənşəli dörbət (monqolca - dörvöd) tayfası buralarda iki məntəqə yaradıb, onları fərqləndirmək üçün biri Xaçın Dörbətli, digəri Cinli Dörbətli adlandırılıb. 1477-ci ilə aid mənbədə Qarabağda Dərbət-Aran və ya Vaqan Dərbət Aran adlı kəndin olması da qeyd olunub.

Kənd 1993-ci il iyunun 15-də, Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən işğal olunub. Ağdam rayonu 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad olunub.