RUSİYA

"Rusiya Avropadan heç yerə getmir"

Lavrov qeyd edib ki, Rusiyanın ayrı-ayrılıqda Avropa ölkələrinin əksəriyyəti ilə heç bir problemi yoxdur.
Sputnik

BAKI, 15 fevral — Sputnik. Rusiya Avropadan heç hara getmir, çünki Moskvanın Avropa İttifaqının (Aİ) ayrı-ayrı ölkələri səviyyəsində xeyli sayda dostları var. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

"Avropa İttifaqını Avropa ilə səhv salmaq lazım deyil. Biz Avropadan heç yerə getmirik. Bizim Avropada xeyli sayda dostlarımız, həmfikirlərimiz var. Biz onlarla qarşılıqlı səmərəli münasibətlərimizi davam etdirəcəyik", - deyə Lavrov qeyd edib.

Lavrov qeyd edib ki, Rusiyanın ayrı-ayrılıqda Avropa ölkələrinin əksəriyyəti ilə heç bir problemi yoxdur.