MƏDƏNİYYƏT

Məşhur azərbaycanlı blogerin avtomobilini soyublar - VİDEO

Hüseyn bildirib ki, onun "Gelandewagen" markalı maşınının ön pəncərələrini sındırıb, içindəki əşyalarını götürüblər
Sputnik

BAKI, 15 fevral — Sputnik. Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun avtomobilini soyublar. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşıb.

Hüseyn bildirib ki, onun "Gelandewagen" markalı maşınının ön pəncərələrini sındırıb, içindəki əşyalarını götürüblər: "Çantanızı heç vaxt ön oturacaqda qoymayın. Yoxsa bu cür halla qarşılaşacaqsınız".