BAKI, 15 fevral — Sputnik. Daxili İşlər Nazirliyi 2021-ci il fevral ayının 13-dən 15-dək daxili işlər orqanlarının qeydə aldığı cinayət və hadisələrinin statistikasını təqdim edib. DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddətdə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu müddətdə respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Qeyd edək ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.