HADİSƏ

Bakıda həyəcanlı anlar: maşın alışdı - VİDEO

Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir
Sputnik

BAKI, 15 fevral — Sputnik. Heydər Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.