BAKI, 15 fevral — Sputnik. TƏBİB Azərbaycanda istifadə edilən koronavirus vaksininin effektivliyinin müddətini açıqlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, TƏBİB-in sosial şəbəkədə yaydığı açıqlamaya görə, Türkiyədə aparılan tədqiqatların nəticələrinə əsasən, vaksinin effektivliyi 92 faizdir: “Vaksinin insanda yaratdığı immunitetin minimum müddəti 1 ildir. Maksimum müddət isə hələ təsdiqlənməyib” .