RUSİYA

İran Rusiya ilə birgə təlimlərin məqsədini açıqladı

İran ordusunun komandir müavini Həbibollah Sayari deyib ki, hərbi təlimlər Hind Okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Sputnik

BAKI, 14 fevral - Sputnik. İran və Rusiya arasında fevral ayının ortalarında keçiriləcək hərbi təlimlər Hind Okeanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

APA İRNA-ya istinadən bildirir ki, bunu bazar günü İran ordusunun komandir müavini Həbibollah Sayari söyləyib.

O bildirib ki, təlimlər Hind Okeanının şimal hissəsində təhlükəsizliyin təmin edilməsinə yönəlib.