CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçisi: “Bu dəfə daha çox məhbus əfv olunacaq”

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, ölkəmizin qələbəsi ilə başa çatan müharibədən sonra əfv sərəncamının verilməsi gözlənilirdi
Sputnik

Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Sputnik Azərbaycan-a deyir ki, hər halda belə bir açıqlama yayılıbsa, əfv sərəncamının veriləcəyini düşünürəm:

“Əslində belə bir sərəncamın verilməsi çoxdan gözlənilirdi. Xüsusən də, ölkəmizin qələbəsi ilə başa çatan müharibədən sonra dekabrda sərəncamın verilməsi gözlənilirdi. Düşünürəm ki, budəfəki sərəncamla daha çox insan azadlığına qovuşacaq”.