Ceyhun Bayramov PKK barədə

Ceyhun Bayramov: "Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi".
Sputnik

BAKI, 14 fevral - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13 mülki Türkiyə vətəndaşının PKK terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə əlaqədar qardaş ölkəyə başsağılğı verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ceyhun Bayramov Twitter hesabında yazıb.

“Xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının öldürülməsi xəbəri bizi çox kədərləndirdi. Şəhidlərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı bildiririk. Dinc insanlara qarşı törədilən terror aktını şiddətlə qınayırıq", - nazir qeyd edib. 

O, "Başın sağ olsun, qardaş Türkiyə!" - sözlərini də tvitə əlavə edib.