VİDEO

Adıge Respublikasında iki çay birləşərək valehedici görüntü yaradır

Adıge Respublikasının cənub-qərb tərəfində iki çay birləşəndə valehedici görüntü yaradır. Təbiətin gözəl mənzərələrindən birini görmək üçün videonu izləyin.
Sputnik

Belaya və Jolobnaya çayları Adıge Respublikasının cənub-qərbində Guzeripl qəsəbəsində birləşir. Çəkilmiş kadrlardan görünür ki, çaylar birləşərkən suları bir-biri ilə qarışmır.

Çay sularının bir-biri ilə qarışmamağının səbəbi hər ikisinin özünəməxsus su hərarəti, sıxlığı və sürətidir.