VİDEO

Birgə hərbi təlimlər belə başa çatdı - VİDEO

Qardaş ölkənin Qars şəhərində on iki gün davam edən Türkiyə-Azərbaycan müştərək hərbi təlimləri başa çatıb.
Sputnik

"Bu il fevralın 1-də başlayan "Qış-2021" birgə Türkiyə-Azərbaycan hərbi təlimləri uğurla başa çatıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yaydığı məlumatda deyilir.

"Azərbaycan ilə birgə icra etdiyimiz təlimdə bacarıq nümayiş etdirən şəxsi heyətimizi və Azərbaycan Silahlı Qüvvələrindəki qardaşlarımızı təbrik edirik" - məlumatda bildirilir.