BAKI, 13 fevral — Sputnik. Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.