CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polad Həşimova mahnı həsr olunub - VİDEO

"General Polad" adlı mahnının sözləri Baba Vəziroğlu, musiqisi Nailə Mirməmmədlinindir. Aslan Əzimzadənin ifasında çəkilmiş klip Bakı Dövlət Universitetinin və Azərbaycan Film Akademiyasının birgə təşkilatçılığı ilə çəkilib.
Sputnik

BAKI, 13 fevral — Sputnik. Milli Qəhrəman general-mayor Polad Həşimovun əziz xatirəsinə musiqi həsr olunub. Sputnik Azərbaycan xəbər verir ki, "General Polad" adlı mahnının sözləri Baba Vəziroğlu, musiqisi Nailə Mirməmmədlinindir. Aslan Əzimzadənin ifasında çəkilmiş klip Bakı Dövlət Universitetinin və Azərbaycan Film Akademiyasının birgə təşkilatçılığı ilə çəkilib.

Qeyd edək ki, bu musiqi mərhum bəstəkar Nailə Mirməmmədlinin son bəstələrindəndir.