MƏDƏNİYYƏT

Antalyada Ceyson Stethemin yeni filminin çəkilişləri aparılır

Çəkilişlər tarixi Qalaiçi və Cümhuriyyət Meydanında təşkil olunub. Çəkilişlərin aparıldığı ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Sputnik

BAKI, 13 fevral — Sputnik. Hollivudun tanınmış simalarından olan Ceyson Stethemin iştirakı ilə yeni filmin çəkillişləri Antalyada davam etdirilir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Beş göz" (Five Eyes) adlanan filmin rejissoru məşhur Qay Riçidir.

Çəkilişlər tarixi Qalaiçi və Cümhuriyyət Meydanında təşkil olunub. Çəkilişlərin aparıldığı ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Polis yaxınlıqdakı meydan və küçələrdə təhlükəsizlik tədbirləri görür.