BAKI, 12 fevral — Sputnik. "Milli Kosmik Proqramımızı paylaşdıq. Türkiyənin belə bir iddialı hədəfləri ortaya qoyması qəlbində azacıq ölkə sevgisi olanları həyəcanlandırdı. Lakin bir qisim var ki, hər müsbət hadisə onların üzərinə kabus kimi çökür. Dünyada öz ölkəsinin fəlakətə uğramasını diləyəcək, hər fəlakətdən həzz duyacaq qədər öz insanına qəribsəmiş başqa bir qrup varmı, bilmirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan eyni zamanda özünü də tənqid edib: "Özümü tənqid etmək istəyirəm. Ölkəmizdə tariximizdəki ən böyük infrastruktur hərəkatını reallaşdırdıq. İslahatlarla yepyeni bir Türkiyə qurduq. Ancaq ailə, təhsil və mədəniyyət sahələrində arzu etdiyimiz inkişafa nail ola bilmədik. Demək ki, haradasa bəzi şeylər əskikdir. Bu çatışmazlığı aradan qaldırmalıyıq".