SƏHİYYƏ

Qan və qan komponentləri kimlərə verilir? Qan Bankı açıqladı

Mərkəzi Qan Bankı qan və qan komponentlərinin verildiyi şəxslərin siyahısını açıqlayıb. Bunların sırasında ilk yerdə irsi qan xəstəliklərindən əziyyət çəkən və immun çatışmazlığı olanlar durur
Sputnik

BAKI, 12 fevral — Sputnik. Mərkəzi Qan Bankı qan və qan komponentlərinin kimlərə verildiyini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, aşağıdakı şəxslər üçün qan verilməsi mümkündür:

- İrsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s.) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə;

- Ağır anemiyası olan uşaqlara;

- Hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara;

- Qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza

- Fövqəladə hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəsarət almış insanlara;

- Tibbi və cərrahi prosedurlardan keçən xəstələrə.