CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin mətbuat xidmətinin rəhbəri işdən çıxarılıb

Ceyhun Əli ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə şöbənin müdir müavini Mehman Qayıbov gətirilib.

Qeyd edək ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli tutduğu vəzifədən azad edilib. C.Əli ötən ilin may ayında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunmuşdu.