BAKI, 12 fevral — Sputnik. Rusiyanın xarici işlər naziri ironiya ilə dostluq münasibətləri olan Avropa İttifaqının (Aİ) rəsmi şəxslərinin adlarını açıqlamaqdan imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bunu "Youtube"-da yayımlanan "Soloviev Live" verilişinin efirində bildirib.
"Sadalamağa qorxuram. Onların əksəriyyəti Avropa İttifaqında yüksək vəzifələrdədir. Yaxşı uşaqları "yandırmaq" istəmirəm", - deyə Lavrov zarafatla bildirib.
O əlavə edib ki, Qərbdə Rusiyadan olan tərəfdaşlarını "zəhərli" olaraq qəbul edirlər.