CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı bulvarında intihara cəhd

Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Sputnik

BAKI, 12 fevral — Sputnik. Bakı bulvarında bir nəfər intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.