Yerevanda Holokost qurbanları abidəsi təhqir edilib - FOTO

Ermənistan polisi vandalizm faktı ilə bağlı araşdırmalara başlayıb.Ermənistan polisi vandalizm faktı ilə bağlı araşdırmalara başlayıb.
Sputnik

BAKI, 12 fevral — Sputnik. Ermənistanın paytaxtı Yerevanda Holokost qurbanlarının xatirəsinə həsr olunan abidə təhqir olunub. Sputnik Ermənistan xəbər verir ki, "Humanitar inkişaf" beynəlxalq ictimai təşkilatın sədri Sovinar Kostanyan öz "Facebook" səhifəsində müvafiq fotonu paylaşıb.

"İnana bilmirəm ki, bunu erməni edib", - deyə Kostanyan qeyd edib.

Ermənistan polisi vandalizm faktı ilə bağlı araşdırmalara başlayıb.