RUSİYA

Moskva Avropa İttifaqı ilə münasibətləri kəsməyə hazırdır

"Əgər biz bir daha görsək ki, hər hansı bir sahədə, xüsusilə həssas sahələrdə bizim iqtisadiyyatımıza risklər yaradan sanksiyalar tətbiq olunur, biz buna hazır olmalıyıq" - Lavrov
Sputnik

BAKI, 12 fevral — Sputnik. Rəsmi Moskva Avropa İttifaqı ilə münasibətləri kəsməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz bu mövqedən çıxış edirik ki, biz hazırıq. Əgər biz bir daha görsək ki, hər hansı bir sahədə, xüsusilə həssas sahələrdə bizim iqtisadiyyatımıza risklər yaradan sanksiyalar tətbiq olunur, biz buna hazır olmalıyıq. Biz dünyadan izolyasiya olmaq istəmirik, lakin buna hazır olmaq lazımdır. Sülh istəyirsənsə, müharibəyə hazır ol", - deyə Lavrov qeyd edib.