Dörd aydan çox komada qalan qazi dünyasını dəyişib

Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və komaya düşüb.
Sputnik

BAKI, 12 fevral - Sputnik. Dörd aydan çoxdur koma vəziyyətində olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T.İsmayılzadə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. O, 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə idi. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Tacəddin İsmayılzadə oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb və komaya düşüb.