MƏDƏNİYYƏT

Bukmekerlər "Avroviziya 2021"in qalibini proqnozlaşdırdılar

Bu günədək yalnız beş ölkə "Avroviziya 2021"də təqdim edəcəyi ifaçını və mahnısını rəsmi olaraq təsdiq edib.
Sputnik

 

BAKI, 12 fevral — Sputnik. May ayında keçirilməsi planlaşdırılan "Avroviziya 2021" musiqi yarışının favoritləri artıq məlumdur. Sputnik Azərbaycan xəbər verir ki, tədbirin rəsmi saytında dərc olunmuş bukmekerlərin proqnozlarına əsasən, Litva, İslandiya və Bolqarıstan builki müsabiqədə qalibiyyət şansları ən yüksək olan ölkələrdir.

Qeyd edək ki, bu günədək yalnız beş ölkə müsabiqədə təqdim edəcəyi ifaçını və mahnını rəsmi olaraq təsdiq edib.

Qalibiyyəti proqnozlaşdırılan Litvanı yarışda "Discoteque" mahnısı ilə "The Roop" rok/pop kollektivi təmsil edəcək.