Bakıda daha bir marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.
Sputnik

BAKI, 12 fevral — Sputnik. Bakıda daha bir küçə təmirə bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.