HADİSƏ

ABŞ-da ağır yol qəzasında 6 nəfər ölüb, 36 nəfər yaralanıb

Yol qəzası yolun buz bağlaması səbəbindən baş verib. 100-dən çox avtomobilin bir-birinə çırpıldığı bildirilir.
Sputnik

BAKI, 12 fevral - Sputnik. ABŞ-ın Texas ştatında baş verən ağır yol qəzasında 6 nəfər ölüb.

APA xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı isə 36 nəfər olub.

Qeyd edək ki, yol qəzası yolun buz bağlaması səbəbindən baş verib. 100-dən çox avtomobilin bir-birinə çırpıldığı bildirilir.