Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 fevral — Sputnik. Vətən müharibəsində itkin düşən və 4 ay sonra şəhid xəbəri gələn əsgər Ağayev Əmirağa Mahir oğlu bu gün Şabran rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhidin dəfnində Şabran rayonunun icra başçısı, rayon rəsmiləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin əməkdaşları, eləcə də rayon və kənd sakinləri iştirak ediblər. Dəfndə böyük izdiham yaşanıb.
Şəhid Əmirağa Ağayev oktyabr ayının 11-də Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və həmin ərazidə də itkin düşüb.